Rusiyanın Mordoviya vilayətindəki 7 saylı ciddi rejimli koloniyada (ciddi rejimli cəzaçəkmə müəssisəsində) ağır cinayətlərə görə məhkum olunmuş məhbusların, xüsusilə də narkotik alverçilərinin təşkil etdiyi genişmiqyaslı ad günü şənliyi sosial mediada böyük əks-səda yaradıb. Bildirilib ki, Rusiya Federal Penitensiar Xidməti (FSIN) iyulun 20-də baş verən ziyafətlə bağlı araşdırmaya başlayıb.
Hafta.az-ın yazdığına görə, “İzvestiya”nın dərc etdiyi kadrlarda həbsxana qaydalarına zidd keçirilən tədbirdə iki böyük stolun üzərində şiş kababından tutmuş pizzaya və müxtəlif içkilərə qədər həbsxana əmrinə uyğun gəlməyən “zəngin menyu” göstərilir. Xəbərdə belə bir təşkilatın yalnız həbsxana rəhbərliyinin məlumatı və razılığı ilə baş verə biləcəyi xəbərləri, rüşvət və korrupsiya iddiaları gündəmə gətirildi.
Hadisədən sonra FSIN hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb. FSIN rəsmiləri bildiriblər ki, məhbuslar həbsxana qaydalarına uyğun olaraq müəyyən yeməklər sifariş edə bilərlər, lakin bu səviyyədə tədbir qaydaları aşır. “Məlumdur ki, sözügedən həbsxanada xüsusilə etnik cinayətkar təşkilatların üzvləri və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslər yerləşir”, - yazan “İzvestiya” qeyd edib ki, bu vəziyyət məhbusların hətta həbsxana daxilində də dəbdəbəli həyat sürdüklərini isbatlayır.