Çimərlik millimiz Moldovanı yenə məğlub etdi

23:30 07.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

Hafta.az bildirir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb.

Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da millimiz qalib gəlmişdi - 8:5.