Çin iqtidarı İslamı ölkədən silmək üçün məscidləri dağıdır

12:10 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çindəki Kommunist rejimi uzun illərdir ki, bütün ölkədə müsəlmanlara zülm edir və onları assimilyasiya etməyə çalışır. İndiki prezident Si Cinpinin dövründə sürətlənən sözügedən siyasət xüsusilə Şərqi Türküstandakı müsəlman uyğur türklərini hədəf alıb. Son illər isə Çin rejimi bu siyasəti bütün ölkəyə yaymaqdadır.

Hafta.az-ın yazdığına görə, Çində bir çox məscidlər ya tamamilə sökülür, ya da minarələri, günbəzləri və İslam memarlığını əks etdirən xüsusiyyətləri dağıdılıb dəyişdirilir. Bu məscidlər arasında yüz illərlə tarixi olanlar da az deyil.

Çinin “İslamı sindirmə” siyasəti çərçivəsində məscidlərə girişə məhdudiyyətlər qoyulur, müsəlmanlardan ibadət yerlərində Kommunist Partiyası rəhbərliyini və Çin dövlətini tərifləmələri tələb olunur.

"Financial Times"ın hazırladığı hesabata görə, yoxlanılan cəmi 2312 məscidin üçdə biri dağıdılıb və ya qismən dağıdılıb. Bunlardan biri də paytaxt Pekindəki Doudian məscididir. Dəyişiklik məscidin 2017 və 2023-cü illərdə çəkilmiş peyk görüntülərində aydın görünür.

Pekin administrasiyasının “İslamı sindirmə” siyasəti çərçivəsində Dudiyan məscidindəki İslam motivləri tamamilə aradan qaldırılıb. Bundan əlavə, bölgədəki müsəlmanları yaxından izləmək üçün məsciddə üzləri və şəxsiyyətləri müəyyən edə bilən ağıllı təhlükəsizlik kameraları quraşdırılıb.

Zərər çəkmiş digər məscid Yunnan əyalətindəki Najiaying məscididir. Məscidin 1997-ci ildə çəkilmiş fotoşəkili, 2022-ci ildə peykdən çəkilmiş fotoşəkil binanın tamam dəyişdirildiyini rtaya qoyur. Məscidin “sinfikasiyası” prosesi bölgədəki Hui müsəlmanlarının reaksiyasına səbəb olub və bölgədə gərginlik yaranıb. Bu proses zamanı səlahiyyətli orqanlar tərəfindən edilən xəbərdarlıqda “abadlıq” prosesində hər kəsin səlahiyyətlilərlə əməkdaşlıq etməsi və söz-söhbətlərə əhəmiyyət verməməsi tələb olunub.

Dəyişdirilən ibadət yerlərindən biri Maoksiandakı Çenquan məscididir. “İslamın sindirilməsi” praktikası ekspertlər tərəfindən İslamın ölkədən tamamilə silinməsi istiqamətində atılan addım kimi şərh edilir. Çinin İslam həyatını məhdudlaşdırması da buna sübut kimi göstərilir.

Çin səlahiyyətliləri tərəfindən dərc edilən sənəddə uşaqların məscidlərə aparılmaması tələb olunur.
"Uşaqlar fiziki və əqli inkişafının kritik mərhələsindədir. Onlar müstəqil düşünmək qabiliyyətinə malik deyillər. Ona görə də xahiş edirik, bütün valideynlər və dostlar fəal əməkdaşlıq etsinlər və uşaqları dindən uzaqlaşdırsınlar", - Çin rəsmilərinin müraciətində deyilir.

Çin rejimi tərəfindən dağıdılan məscidlərin əhəmiyyətli hissəsi “Mədəni İnqilab” zamanı ölkədə Kommunist Partiyası rejiminin qurucusu Mao Zedong tərəfindən dağıdılıb. Mao dövründən sonra məhdudiyyətlər yumşaldıldıqda, bölgədəki müsəlmanlar məscidlərini yenidən tikdilər.

Dağıdılan digər məscid Ninxia əyalətindəki Veyçjou Böyük Məscididir. Sökülməsi gündəmdə olan məscid 2019-cu ildə “sinf” edilib. 

Məscidlər tikildiyi dövrdə Çin rejiminin icazəsi alınsa da, bu gün rejim həmin ibadət ocaqlarını geniş şəkildə hədəfə alır. Məscidlərini qorumaq istəyən Uyğur türkləri və Hui müsəlmanları zülm və qorxutma siyasəti ilə üzləşirlər.

Çin rejimi tərəfindən qısa müddətdə dağıdılması istənilən məscidlərdən bəziləri bunlardır:
Yangjiazhuang məscidi, Shanglin Jiaya Məscidi, Shulin Lane Məscidi və sair.

Oxunma sayı 232
Siyasət rubrikasından digər xəbərlər