Çin şirkətləri Rusiyaya gülləkeçirməz jiletlər və dəbilqələr satırlar

12:25 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin administrasiyası Çin şirkətlərinin Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya öldürücü olmayan avadanlıq satmasından narahatlığını ifadə edib. ABŞ səlahiyyətlilərində bu cür daşımalarla bağlı sübutlar var.

Bayden administrasiyası Pekinin bu sövdələşmələr haqqında nə qədər bildiyini anlamağa çalışır. Bu barədə iki ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb.

Qeyd olunur ki, Çin şirkətləri Rusiyaya zireh və dəbilqə satırlar. Həmsöhbətlərin fikrincə, bu, Rusiyanın tələb etdiyi daha ciddi hərbi yardıma uyğun gəlmir. Eyni zamanda, başqa bir rəsminin sözlərinə görə, bəzi ABŞ rəsmiləri hesab edir ki, Çin hökuməti avadanlıqların ötürülməsindən xəbərdardır və bunun qarşısını almaq üçün addımlar atmalıdır.