Çin Xalq Respublikasının 75 illiyi münasibətilə görkəmli şəxslər mükafatlandırılacaq

10:08 19.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə ölkənin ən yüksək dövlət mükafatları Yeni Çinin quruculuğunda və inkişafında müstəsna xidmətləri olan görkəmli şəxslərə veriləcək.

Hafta.az-ın yazdığına görə, söhbət “Respublika” ordeni ilə təltif edilməsindən və dövlət fəxri adlarının verilməsindən gedir.

Namizədlər siyahısına “Respublika” ordeninə namizəd olan dörd nəfər daxildir - mərhum raket texnologiyası eksperti və Çinin insanlı kosmik proqramının qabaqcılı Vanq Yonçji, tanınmış tibb alimi Vang Zhenyi, Buğda yetişdirilməsi və kənd təsərrüfatı strategiyası üzrə ekspert Li Zhensheng, müharibə qəhrəmanı, veteran Huang Zongde.

Mərhum məşhur radar mütəxəssisi Vanq Xiaomo, görkəmli hüquqşünas Çjan Cinfan və mərhum məşhur strateji alim və geofizik Huanq Danyan da daxil olmaqla, on nəfər dövlət fəxri adlarına namizəd göstərilib.