Çində daşqınlar nəticəsində ölənlərin sayı 58-ə çatıb

20:25 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin Henan əyalətində leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfərin isə itkin düşdüyü bildirilir. 800 mindən çox insan təhlükəli bölgələrdən təxliyə olunub.

Hafta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin məlumatında qeyd olunub.

“16 iyul saat 16:00-dan 24 iyuladək uzun müddət davam edən leysan yağışları səbəbindən 9,3 milyon nəfər fəlakət bölgəsində qalıb, ölənlərin sayı 58 nəfərə çatıb, 5 nəfər itkin düşüb, əyalət daxilində 814, 9 min nəfər artıq təxliyə olunub”, - məlumatda deyilir.

Oxunma sayı 665