Çində kömür mədənində partlayış - 7 nəfər ölüb

11:21 22.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin şimal-qərbindəki Şensi əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər dağıntılar altında qalıb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə bazar ertəsi gecə saatlarında Yanan şəhərindəki obyektdə baş verib. Partlayışa səbəb kimi, qaz sızması göstərilib.

Yerli hakimiyyət orqanları operativ şəkildə əməliyyat-axtarış tədbirləri təşkil ediblər. Xilasedicilər və polis hadisə yerindədir.