Çinin Sintzyan-Uyğur bölgəsində müsəlman türkmən qadın məhəlləsindən olan uşaqlara mənəvi təhsil verməyə çalışdığı üçün həbs cəzasına məhkum edilib.
Hafta.az xəbər verir ki, “Wionews” saytının yazdığı məlumata görə, Sintzyanın Manas rayonundan olan 57 yaşlı Xasiyet Əhmət hələ 2017-ci ildə həbs edilərək naməlum istiqamətə aparılıb. Lakin onun işi ilə bağlı məlumat yalnız indi beynəlxalq mediaya açıqlanıb.
Xasiyet yaşadığı ərazidə uşaqlara İslam dininin əsaslarını və Quran oxumağı öyrədib və evdə Müqəddəs Allah Kitabının 2 nüsxəsini gizlədib. Digər yerli sakinlərdə isə uzun müddət Quran olmayıb. Çünki dini kitablar Çin təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib.
Nəşr yazır ki, təhlükəsizlik əməkdaşları Xasiyetin evinə girib başına torba keçirib və onu naməlum istiqamətə aparıblar. O vaxtdan qohumlarından və qonşularından heç kim onu görməyib.
Türk müsəlman qadın təqsirli bilinərək 14 il həbs cəzasına məhkum edilib ki, bunun 7 ili uşaqlara din öyrətmək, daha 7 il isə Quran nüsxələrini saxlamağa görə verilib.