Çinin Vyetnamla sərhədi yaxınlığında yerləşən Bayse şəhərinin hakimiyyət orqanları koronavirusla əlaqədar təcrid rejimi tətbiq olunduğunu elan ediblər.
Hafta.az xəbər verir ki, təxminən 3,6 milyon əhalisi olan şəhərdə fevralın 5-dən 2-dək 99 yoluxma halı aşkarlanıb. Onlardan ikisi daha çox yoluxucu “omikron” ştamına aiddir.
Hakimiyyət orqanlarının göstərişinə əsasən, sakinlər evlərində qalmalıdır və yalnız zəruri hallarda evdən bayıra çıxa bilərlər. Məktəblərdə dərslər dayandırılıb. Bütün səfərlərə (ən mühümləri istisna olmaqla) qadağa qoyulub, regiondakı beynəlxalq sərhədlər bağlanıb. Həyat əhəmiyyətli xidmət sahələrinin işçiləri şəhərdə yalnız xüsusi buraxılış vəsiqəsi ilə hərəkət edə bilərlər.
KİV-in məlumatına görə, Çinin azı 10 əyalətində və regionunda COVID-19-un “omikron” ştamı aşkarlanıb.