Yazını böyüt
Yazını kiçilt
Dünyanın ən kiçik və ən uzunmənzilli elektrik avtomobili hesab edilən Çin markası “Bestune Pony”nin tezliklə Rusiyada satışa çıxarılacağı gözlənilir.
Hafta.az-ın yazdığına görə, Çində 30 min yuana (təxminən 6600 manat) satılan “Bestune Pony”nin mini elektrikli avtomobil modelinin ilk satış qiymətinin Rusiyada 500-550 min rubl (təxminən 10500 manat) civarında olması planlaşdırılır.
Bu avtomobil Rusiyada satılan ən kiçik avtomobil olacaq.
Aprelin sonunda Çin bazarında satışa çıxarılan “Bestune Pony”nin müxtəlif modelləri bir şarjla 122-179 kilometr məsafə qət edə bilir.