Yazını böyüt
Yazını kiçilt
Çin Milli Əqli Mülkiyyət Administrasiyasının (CNIPA) yüksək vəzifəli məmurlarından olan Gı Şu, paytaxt Pekində mətbuat konfransı keçirib.
Hafta.az-ın yazdığına görə, Gı Şu Çində süni intellektə əsaslanan ixtira patentlərinin sayının əvvəlki ilə nisbətən 40 faizdən çox artaraq 2023-cü ilin sonunda 378 minə çatdığını bildirib.
Çinin əsas rəqəmsal iqtisadiyyat sektorlarında təsdiqlənmiş patentlərin sayının 406 minə yüksəldiyini ifadə edən Gı, bunun ölkədəki ümumi ixtira patentlərinin yüzdə 45-ni təşkil etdiyini bildirib.
Gı qeyd edib ki, Çində rəqəmsal iqtisadiyyatın əsas sektorları ümumdaxili məhsulun 10 faizini təşkil edir.