Çində cərrah Liang Xiao 5G ilə işləyən robot cərrahiyyə texnologiyası sayəsində uzaq məsafədən qadın xəstənin iltihablı öd kisəsini uğurla çıxarıb.
Hafta.az-ın yazdığına görə, uzun məsafəli əməliyyat 30 dəqiqəyə başa çatıb. Dr. Liang Xiao əməliyyatı Çinin şərqindəki Hançjou şəhərindəki Ser Run Run Shaw xəstəxanasında robot konsolu vasitəsilə həyata keçirib.
Bu arada, xəstə cərrahın olduğu yerdən təxminən 5 min kilometr aralıda - Şərqi Türküstanın vilayətinin Alaer şəhərindəki xəstəxanada olub.
"Mən əməliyyat platformasından təlimat verəndə, Alaerdəki xəstəxanadakı dörd qollu endoskopik robot sinxron şəkildə cavab verdi" deyib Liang. Əməliyyat cərrahla cihaz arasında cüzi gecikmə ilə çox rəvan keçib. Bu əməliyyat nəinki günlərlə xəstəni narahat edən xəstəliyi aradan qaldırdı, həm də ildırım sürəti ilə bu simsiz texnologiyanın Çinin ucqar bölgələrindəki xəstələrə yüksək keyfiyyətli tibbi xidmətlərə daha çox çıxış imkanı verə biləcəyini nümayiş etdirdi", - o, deyib.
Mütəxəssislərin fikrincə, ucqar bölgələrdəki ağır xəstələr müalicə üçün böyük şəhərlərə getməli olurlar. Amma bundan sonra sözügedən yeni texnologiya ilə yerli xəstəxanalar minlərlə kilometr uzaqdakı xəstəxanalar və mütəxəssislər vasitəsilə müalicəni həyata keçirə biləcəklər.