Səudiyyə Ərəbistanı Baş Prokurorluğu 23 əcnəbidən ibarət cinayətkar təşkilatı çirkli pulların yuyulmasında təqsirli bilib və onları 4 ildən 15 ilədək həbs cəzasına məhkum edib. Dağılan təşkilata məxsus dörd milyon rialdan çox pul da ələ keçirilib.
Hafta.az-ın yazdığına görə, prokurorluqdakı rəsmi mənbə, İqtisadi Cinayətlərə Qarşı Mübarizə Prokurorluğunun çirkli pulların yuyulması ittihamı ilə 23 asiyalı gəlmədən ibarət cinayət təşkilatı ilə bağlı araşdırmalarını tamamladığını bildirib.
İstintaq proseslərində sözügedən şəxslərin avtobusla sərhəddən çıxmağa çalışdıqları və əllərində 4 milyon rialdan çox nağd pul olduğu qeyd edilib. Sözügedən pulun bir sıra cinayətlər yolu ilə əldə edildiyi və şübhəlilərin Səudiyyə Ərəbistanına ziyarət vizası ilə gəldiyi aydın olub.
16 müttəhimə 15 il həbs və 7 milyon rial cərimə, digər müttəhimlərə isə 4 ildən 8 ilədək həbs cəzası və cərimələr kəsilib.