Çökən körpüdə köməksiz qalan 31 nəfər XİLAS EDİLDİ

15:07 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-də, Los-Ancelesin Uilminqton bölgəsində tunelin çökməsi nəticəsində köməksiz vəziyyətdə qalan bütün işçilər təxliyə ediliblər.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər yanğından mühafizə xidməti məlumat yayıb. "Köməksiz vəziyyətdə qalan 31 nəfərin hamısı sağ-salamat tuneldən çıxarılıb. İtkin düşən yoxdur", - deyə məlumatda qeyd olunub.

Məlumat üçün əlavə edək ki, tunelin çökməsi iyulun 9-da yerli vaxtla saat 20 radələrində (Bakı vaxtı ilə iyulun 10-da, saat 7 radələrində - red.) baş verib.