

Qeyd edək ki, C.Enesku 19 avqust 1881-ci ildə Rumıniyanın Liven bölgəsində anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar.

Xatırladaq ki, Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olub. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoyub. C.Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini verib. Bununla bərabər, onun ictimai fəaliyyəti də çox geniş olub. Enesku Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olub, antifaşist hərəkatında da fəal iştirak edib.
Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.