Cüdoçularımız "Böyük Dəbilqə" turnirini medalsız başa vurublar

14:02 25.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçuları Monqolustanda keçirilən "Böyük Dəbilqə" turnirini medalsız başa vurublar.

Hafta.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan millinin üç üzvü mükafatsız qalıb.

Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən turnirdə Turan Bayramov (60 kq) bürünc medal uğrunda görüşdə rəqibinə uduzub, Balabəy Ağayev (60 kq) və Elşən Əsədov (66 kq) isə daha erkən mərhələdə mübarizəni dayandırıblar.