Cüdoçumuz qızıl medal qazanıb - FOTO

09:00 23.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

Hafta.az-ın məlumatına görə, 48 kiloqramda mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.