DİN Qubadakı yol qəzası ilə bağlı məlumat yayıb

23:34 10.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.