Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Rusiya dünya müharibəsindən yayındı - Ekspert

13:33 25.12.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Qarabağdakı hərbi münaqişənin daha da dərinləşməsi üçüncü dünya müharibəsinə səbəb ola bilərdi. Hafta.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti yanında millətləraası münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko səsləndirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin fəaliyyəti bu ssenrinin reallaşmasına imkan vermədi. "Dağlıq Qarabağ Rusiya üçün ən ağrılı nöqtələrdən biri olaraq qalmaqdadır. Bölgələ hərbi əməliyyatlar bərpa edilərsə, münaqişə tərəflərin çox sürətli fəaliyyətləri ilə müşahidə olunacaq ki, Rusiya və Türkiyənin müdaxiləsi riski də artacaq" - politoloq deyib. 

Ekspert vurğulayıb ki, hazırda bölgdə gərginlik "yarıdondurulmuş" vəziyyətdədir. Hətta vertolyotun vurulması məsələsindən sonra belə Rusiya tərəfini münaqişəyə cəlb etmək planları alınmadı. Bezpalko vertolyotun vurulması olayını da məhz Rusiyanı münaqişəyə cəlb etmək üçün planlaşdırılmış təxribat adlandırıb.

"Bakı və İrəvan arasındakı razılaşmadan sonra Moskva hər kəsə mesaj vemiş oldu ki, bölgədən çıxmağı planlaşdırmır" - politoloq deyib.