Dağlıq və dağətəyi rayonlarda avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

18:41 24.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 25-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarının bəzi yerlərində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.