Daha 11 erməni hərbçinin meyitinin qalıqları Ermənistana verilib

16:14 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Hafta.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

11 erməni hərbçinin meyitinin qalıqları Qırmızı Bazar qəsəbəsində qarşı tərəfə verilib.

Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1697 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib.