Daha bir məktəbdə əyani tədris bərpa olunub

10:46 23.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtdakı 218 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən hafta.az-a verilən məlumata görə, belə ki, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur",- məlumatda deyilir.