Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, Avropa yalnız Rusiyanın iştirakı ilə davamlı sülhə nail ola bilər.
Hafta.az bildirir ki, Almaniyanın Münhen şəhərində “Suddeutsche Zeitung” qəzetinin 77-ci ildönümü ilə bağlı keçirilən mərasimdə Almaniyanın keçmiş kansleri Angela Merkel açıqlama verib.
Merkel deyib ki, Avropada davamlı sülhə yalnız Rusiyanın daxil olduğu halda nail olmaq olar. “Biz buna nail olmasaq, soyuq müharibə bitmiş hesab edilməyəcək”, - deyə Merkel bildirib. Rusiyanın Ukraynaya hücumlara başladığı 24 fevralı “dönüş nöqtəsi” kimi xarakterizə edən Merkel münaqişə tərəflərinin verdiyi bəyanatların ciddiyə alınmalı və blef kimi təsnif edilməməli olduğunu vurğulayıb.
“Mən hamımıza bu sözləri blef kimi təsnif etməkdənsə, əvvəldən ciddi qəbul etməyimizi tövsiyə edirəm”, - deyə Merkel bildirib.