Yazını böyüt
Yazını kiçilt
Danimarka və İsveç çərşənbə günü Avropanın raketdən müdafiə sisteminə qoşulub. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
2022-ci ilin oktyabrında 14 NATO ölkəsi və Finlandiya “Avropa Raket Əleyhinə Qalxan” adlandırılan sistemin yaradılması haqqında bəyannamə imzalayıb. Almaniya bu təşəbbüsün koordinatoru kimi çıxış edib. Qalxan hazırkı Avropa hava hücumundan müdafiə sistemindəki mövcud boşluqları doldurmağa kömək etməli idi.
Bundan əlavə, yeni təşəbbüs Avropa ölkələri tərəfindən çoxmillətli satınalmaların asanlaşdırılması və geniş çeşiddə zenit silahlarının inteqrasiyası yolu ilə NATO-nun hazırkı hava hücumundan müdafiə və raketdən müdafiə sistemini gücləndirmək üçün nəzərdə tutulub.