Danimarkada növbədənkənar seçkilər keçiriləcək

21:12 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Danimarkanın baş naziri Mette Frederiksen səlahiyyət müddətinin bitməsinə 7 ay qalmış, noyabrın 1-də növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.

2019-cu ilin iyun ayından bəri hökumətinin başçısı olan Frederiksen deyib: "Biz siyasi spektrin hər iki tərəfində olan partiyalarla geniş hökumət formalaşdırmaq istəyirik. Yaşadığımız çətin dövrlər və dünyanın üzləşdiyi çağırışlarla bu, Yeni hökumət formasını sınamağın vaxtıdır. Beynəlxalq böhranın ortasında seçkilərin keçirilməsi əlbəttə qəribədir."

Frederiksenin bəyanatı Sosial Demokrat koalisiyasının hakim tərəfdaşlarından biri olan Sosial Liberal Partiyasının cümə axşamına qədər erkən seçkilərin təyin edilmədiyi təqdirdə etimadsızlıq səsverməsi tələb edəcəyini bildirməsindən sonra gəlib.