Ermənilərin ana partiyası olan terrorçu “Daşnaksütyun”un Azərbaycanın Qarabağ torpağındakı rəhbər nümayəndələrindən biri - Davd İşxanyan “siyasi qüvvələrin geniş konsensusu” ilə separatçı-terrorçu rejimin “spikeri” seçilsə də, “parlament” “müxalifət”i gözləyir ki, İşxanyan ilk “imtahandan” keçəcəkmi – “Ermənistan hakimiyyətinin mahnısı altında rəqs edəcək”, yoxsa “artsax”ın maraqlarını rəhbər tutacaq?..”
Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.
Erməni nəşri xatırladır ki, İşxanyan avqustun 7-də bəhs edilən vəzifəyə seçilib, onu qanunsuz “təhlükəsizlik şurası”nın “keçmiş katibi Samvel Babayan istisna olmaqla, hazırkı “hakimiyyət” və siyasi sahənin digər aktorları, o cümlədən keçmiş “dövlət naziri” Ruben Vardanyan dəstəkləyib.
“Mənbələrimizin məlumatına görə, İşxanyanın səsverməsi zamanı qeydə alınan 9 “əleyhinə”nin hamısı Samvel Babayanın “Vahid Vətən” fraksiyasının deputatlarının səsləri olub” –“İravunk” belə yazır.
“Qarabağdakı mənbələrimiz yaranmış vəziyyəti və diaspor strukturlarının böyük rolunu nəzərə alaraq Ermənistandan İşxanyana təzyiq olmayacağına ümid edirlər. Məsələ ondadır ki, Ermənistanda diaspor strukturlarını aktivləşdirmək üçün İşxanyana spiker vəzifəsi verilib”- deyə erməni qəzeti əlavə edir.
“İravunk” qeyd edir ki, İşxanyan qondarma rejimin qanunsuz “konstitusiyası”na görə faktiki olaraq xuntada ikinci vəzifəni tutur. Bundan əlavə, həmin “konstitusiya”ya görə, qondarma “prezident”in(yəni baş separatçı Araik Arutyunyanın) mümkün istefası və ya onun funksiyalarını yerinə yetirməsi mümkün olmadıqda, “prezident”in səlahiyyətlərini icra edən şəxs özü, yəni daşnak David İşxanyan olur. Bu da Azərbaycanın ərazini öz yurisdiksiyasına almayacağı təqdirdə daşnakların Qarabağ iqtisadi rayonunun bir hissəsində birbaşa “hakimiyyət”ə gəlməsi ilə nəticələnə bilər...