Dayəlik etdiyi evdə öldü

16:30 19.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb.

Hafta.az xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.