DÇ-2026: Türkiyə pley-offun finalında

22:59 26.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün DÇ-2026-ya vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.

Hafta.az xəbər verir ki, pley-off mərhələsinin yarımfinal oyunları çərçivəsində Türkiyə öz meydanında Rumıniya yığması ilə qarşılaşıb.

Oyun Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.

Bununla da Türkiyə millisi martın 31-də keçiriləcək həlledici görüşdə Slovakiya-Kosovo duelinin qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir.