Deputatın evini YANDIRMAQ İSTƏDİLƏR - SƏBƏBİ...

18:30 06.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa Parlamentində (AP) peyvəndi dəstəkləyən açıqlamaları ilə tanınan belçikalı deputat Paskal Arimontun evinə molotov kokteyli ilə hücum edildiyi, evin qarajında ​​təhdid dolu yazıların yazıldığı bildirilib.

Hafta.az xəbər verir ki, belçikalı deputat Paskal Arimont verdiyi açıqlamada həftəsonu evinin girişinə molotof kokteyli atıldığını, yanar maddənin isə uşaq yataq otağında pəncərənin altına düşdüyünü bildirib.

AP millət vəkili, evinin qaraj qapısına "Yalan, şantaj, nifrət, bölücülük, qızışdırmaq. Bunların əvəzini sən verəcəksən." ifadələrinin yazıldığını bildirib.

Hücumun yeni növ koronavirus (Covid-19) peyvəndlərinə münasibəti ilə bağlı olduğunu ifadə edən Arimont deyib:

"Düşünürəm ki, vaksinlər düşdüyümüz böhrandan çıxış yoludur. Mən virusoloq və ya peyvənd mütəxəssisi deyiləm, amma peyvəndləri və elmi müdafiə edirəm. Alimlər bizə peyvənd olun deyirlərsə, mən kimə inanmalıyam? Facebook səhifəmdə bir yazı yazdım bununla bağlı. Ertəsi gün evimə hücum etdilər. Düşünürəm ki, aydın əlaqə var”.

Polisin evdə araşdırma apardığı, Arimont və ailəsinin mühafizə altına alındığı bildirilib. AP prezidenti David Sassoli Arimonta dəstək bəyanatında "Biz heç vaxt bu cür nifrətə dözə bilmərik" deyib.

Oxunma sayı 1024