Deputatın mandatına xitam VERİLDİ

16:15 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramil Həsənin deputat mandatına xitam verilib.

Hafta.az xəbər verir ki, bu barədə səsvermə yolu MSK-nın iclasında yekdil qərar elan olunub.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

***

Hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Hafta.az-ın məlumatına görə, iclasın gündəliyinin tərkibinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 iyun 2025-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.