Deputatlara ölkəni TƏRK ETMƏK QADAĞAN OLUNDU

19:49 14.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edən Ali Radanın deputatlarını 24 saat ərzində geri qayıtmağa çağırıb.

Hafta.az xəbər verir ki, o, bu barədə prezident aparatının Facebook səhifəsində yayımlanan mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, bəzi xalq deputatları artıq qohumlarını xaricə aparıb özbaşına gediblər. Onlara ölkəyə qayıtmaq üçün 24 saat vaxt verib.

“Düşünürəm ki, onlar qayıtmalıdırlar, əks halda biz hamımız dövlət, rəhbərlik olaraq ciddi nəticələr çıxarmalıyıq”, - deyə Zelenski bildirib.

Zelenski hansı partiyanın deputatlarının Ukraynanı tərk etdiyini dəqiqləşdirməyib.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl mətbuatda yayılan söz-söhbətlərə baxmayaraq, ailəsinin “Rusiya işğalı təhlükəsi” fonunda ölkəni tərk etmədiyini bildirib.