Dodonun ev dustaqlığının müddəti uzadılıb

17:51 27.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moldovada Apellyasiya Palatası eks-prezident İqor Dodonun ev dustaqlığının müddətini uzadıb.

Hafta.az apa-ya  istinadən xəbər verir ki, onun vəkili Nikolay Posturusu ev dustaqlığının oktyabrın 21-nə qədər davam edəcəyini deyib.

O, hakimin prokurorun tələbini qəbul edərək həbs müddətini daha 30 gün uzatdığını deyib.