“Doğma torpaq” bədii filminin bir hissəsi Şuşada çəkilib

16:03 18.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ötən bir il ərzində Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var.

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsinə həsr olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatmışdır. Müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.

2021-ci ildə Nazirliyin dəstəyi ilə çəkilən “Biz”, “Fulya” və “Şuşa, sən azadsan!” sənədli filmləri tamaşaçılara təqdim olunub.

Hazırda post-prodakşn mərhələsində olan “Doğma torpaq” adlı tammetrajlı bədii filmin bir hissəsi Şuşada çəkilib.