Dövlət övlad sahibi olmaq istəyən vətəndaşlara dəstək verməlidir - Rəşad Mahmudov

11:51 13.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Övlad sahibi olmaq istəyən, amma maddi imkansızlıq üzündən buna çata bilməyən vətəndaşlara dövlət dəstəyinin verilməsi vacibdir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Rəşad Mahmudov bildirib.

Deputat zaman-zaman Reproduktiv sağlamlıq haqqında Qanunun qəbulu ilə bağlı aparılan müzakirələrə diqqət çəkərək, bu gün qanun qəbul olunmadan da məhz tibbi müdaxilə ilə məsələnin həllini mümkün sayıb. Onun fikrincə, süni mayalanma ilə bağlı dövlət büdcəsindən maliyyə ayrılarsa, vətəndaşların problemlərini müəyyən qədər həll etmiş olar.

Deputat eyni zamanda qeyd edib ki, vətəndaşların övlad sahibi olması sırf sağlamlığın təyin olunmasına yönəlik işdir. O, bu istiqamətdə ildə 200-250 milyon manat büdcənin ayrılmasını mümkün variant kimi önə çəkib.