Dövlət Rəsm Qalereyasının “Artinterview” layihəsi davam edir

23:00 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəsi davam edir.

Dövlət Rəsm Qalereyasından hafta.az-a bildirilib ki, layihənin növbəti müsahibi rəssam Zöhrab Salamzadə olacaq.

Rəssam yanvarın 4-də saat 21:00-da Dövlət Rəsm Qalereyasının “İnstagram” hesabı vasitəsilə izləyiciləri maraqlandıran suallara cavab verəcək. Görüş əsnasında rəssam hazırda dünyada və ölkəmizdə baş verən proseslərin yaradıcılığına təsirindən danışacaq.

Qeyd edək ki, layihənin məqsədi incəsənətlə bağlı birbaşa rəssama ünvanlanmış suallar vasitəsilə onların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır.