Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 36 mini ötüb

13:08 26.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən hafta.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 4 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 940 milyon 322 min 851 manatdır.

Oxunma sayı 22