Dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı açıqlanıb

12:21 31.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 523 borcalana 3,520 milyard manat kredit verilib.

Bu barədə Trend İKZF-yə istinadən xəbər verir.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 549,443 milyon manata bərabər olub.

7 159 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.