DSX Akademiyasına yeni rəis təyin OLUNDU

20:39 19.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına yeni rəis təyin edilib.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə akademiyanın rəisi vəzifəsinə general-mayor Azər İbrahimov gətirilib. Əvvəlki rəis, general-mayor Aqil Babayev isə Xidmətin Aparatında başqa vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Azər İbrahimov bu təyinata qədər DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi idi.