DTX: Cinayət yolu ilə əldə edilmiş 175 milyon manatdan artıq pul vəsaiti dövlət büdcəsi nəfinə müsadirə edilib

10:00 28.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması istiqamətində işlər görülüb.

Hafta.az xəbər verir ki, bunu DTX rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.

O bildirib ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.