Dülgər sexində yanğın

13:06 24.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Samux rayonunda ümumi sahəsi 120 m² olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan dəzgah və avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.