Dünya şöhrətli aktyor rejissorları güllələdi

09:30 22.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya şöhrətli kino ulduzu, "Oscar" mükafatına namizədliyi ürəli sürülən Alek Baldvin film çəkilişi zamanı bədbəxt hadisəyə səbəb verib. 

Hafta.az-ın "Timesofisrael"ə istinadən yazdığına görə, Baldvinin bir səhnə üçün tapancadan atəş açıb. Amma açılan güllələr təsadüfən görüntü rejissoruna və baş filmin rejissoruna dəyib. "Rust" filminin çəkilişində yaralanan hər iki şəxs təcili xəstəxanaya çatdırılıb. Təəssüf ki, görüntü rejissoru, 42 yaşlı Helin Hutkins dünyasını dəyişib. Filmin seenaristi və baş rejissoru, 48 yaşlı Joel Souza isə reanimasiya şöbəsində müalicəsini davam etdirir. 

Hüquq-mühafizə orqanları hadisənin sadəcə qəza olması ehtimalı üzərində dayanır. Buna baxmayaraq, polis baş verənləri bütün incəliklərinədək araşdırmaq üçün təhqiqatı davam etdirir.