Dünya yeni pandemiya təhlükəsi ilə ÜZ-ÜZƏ - XƏBƏRDARLIQ

16:23 26.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus xəbərdarlıq edib ki, gələcəkdə yeni bir pandemiya olacaq, dövlətlər buna cavab verməyə hazırlaşmalıdırlar. O, bu barədə X hesabında yayımladığı videomüraciətdə bildirib.

"Növbəti pandemiya olub-olmaması deyil, nə vaxt olacağı məsələsidir. Və biz keçmişin səhvlərini təkrarlamağa imkan verə bilmərik. Məhz buna görə də ÜST-yə üzv dövlətlər yeni Pandemiya Sazişi və Beynəlxalq Səhiyyə Qaydalarına düzəlişlər edilməsi üçün hüquqi bazanı gücləndirmək üçün danışıqlar aparırlar. Bu pandemiyalara qlobal reaksiyadır" deyib.