Yer kürəsi inanılmaz dərəcədə gözəl və anlaşılmaz strukturlarla doludur. BU isə qlobal miqyasda turistlərin diqqətini çəkir.
Hafta.az bu məqalədə dünyanın 12 möcüzəvi məkanı barədə məlumat verməyə çalışacaq:
1. Sverd i Fjell (Norveç) - Müharibə abidəsi kimi tikilmiş yerə sancılmış bu 10 metrlik qılınc heykəlləri daimi sülhü təmsil edir. Bu abidənin heç vaxt sökülməməsi barədə qanun var.
2. Dərinkuyu yeraltı şəhər (Kapadokiya – Türkiyə) - 85 metr dərinliyə enən bu qədim yeraltı şəhərdə öz dövründə təxminən 20 min insan yaşayıb.
3. Vezio qalası (İtaliya) - Vezio qalasında dənizə baxan təbaşirdən heykəllər var. Bu xəyalət heykəllər, ruhunun qalada dolaşdığına inanan Kraliça Teodelindanın əfsanəsinə əsaslanır.
4. Kristal mağara (Meksika) - 300 metr dərinlikdə yerləşən bu mağarada dünyada tapılan ən böyük təbii kristallardan bəziləri var.
5. Hamilə qadın daşı (Livan) - İlk Monolit kimi də tanınan bu daş bəşər tarixində qazılmış ən böyük daşlardan biridir və təxminən min ton ağırlığındadır.
6. Aslan qayası (Şri Lanka) - Bu nəhəng daşın üzərində inanılmaz həyat qurulub.
7. Natron gölü (Tasaniya) - Qırmızı rəngli bu göl yüksək duz tərkibi və həddindən artıq qələvi quruluşu ilə "heyvanları daşa çevirən göl" kimi də tanınır.
8. Diamond Beach (İslandiya) – Buzlaqların sahil zolağı boyunca buzlaq laqundan gələn kristal daşlar daş-qaş kimi sahilə səpələnib.
9. Danakil çöküntüsü (Efiopiya) - “Cəhənnəmin qapısı” kimi tanınan bu çökəklik canlı turşu bulaqlar, vulkanlar və aktiv lava göllərindən ibarətdir.
10. Arcomagno (İtaliya).
11. Göy çuxuru (Çin).
12. Çəhrayı qumluqlar (Komodo adası).