Dünyada COVID-19-a yoluxma artıb - ÜST

10:10 18.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 17-dən avqustun 13-dək olan dövr ərzində dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 2,3 mindən çox insan bu xəstəlikdən dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63% artıb, ölənlərin sayı isə 56 faiz azalıb.

Hafta.az xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata görə, 4 həftə ərzində 1,422,538 yoluxma və 2,366 ölüm qeydə alınıb. 104 ölkədən COVID-19-a yoluxma ilə bağlı məlumatlar daxil olub. ÜST-nin mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin sona çatmasına baxmayaraq, təşkilat COVID-19-un "hələ də ciddi təhlükə olaraq qaldığını" bildirib.