Dünyada COVID-ə yoluxanları sayı 325 milyonu ötdü

09:21 18.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 325 milyonu, ölənlərin sayı isə 5,53 milyonu keçib.

Hafta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ümumilikdə dünya üzrə 326 279 424 nəfər koronavirusa yoluxub, 536 609 nəfər isə bu xəstəlikdən ölüb.

 

Son sutkada yoluxma sayı 2 669 054, ölüm sayı isə 6 916 olub.

 

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 64 720 612. Növbəti yerlərdə Hindistan (37 380 253), Braziliya (22 975 723), Böyük Britaniya (15 217 284) və Fransa (13 819 182) qərarlaşıb.

Oxunma sayı 38