Dünyada ən çox SİQARET ÇƏKİLƏN ÖLKƏLƏR

09:50 24.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illər siqaret çəkmə nisbətləri bütün dünyada mühüm ictimai sağlamlıq problemi kimi ortaya çıxıb. Siqaret istehlakı həm fərdlərin sağlamlığına mənfi təsir göstərən, həm də səhiyyə sistemlərinə böyük xərclər qoyan bir vərdiş olaraq diqqət çəkir.

Hafta.az-ın yazdığına görə, siqaret çəkmə nisbətinin ən yüksək olduğu ölkələr, ümumiyyətlə, tütün məmulatlarına çıxışın asan olduğu və siqaretin sosial olaraq qəbul edildiyi yerlərdir.

Faiz nisbətinə əsasən əhalisi arasında siqaret çəkənlərin ən çox olduğu 20 ölkənin siyahısını təqdim edirik:

20. Laos əhalisinin 30,37 faizi, 19. Türkiyə əhalisinin 30,37 faizi, 18. Litva əhalisinin 30,39 faizi, 17. Monteneqro əhalisinin 30,64 faizi, 16. Macarıstan əhalisinin 31,07 faizi, 15). Slovakiya əhalisinin 31,36 faizi, 14. Yunanıstan əhalisinin 31,58 faizi, 13. Banqladeş əhalisinin 33,04 faizi, 12. Fransa əhalisinin 33,28 faizi, 11. Bosniya və Herseqovina əhalisinin 33,69 faizi, 10. Kipr (hər ikisi ŞKTC) əhalisinin 39,59 faizi, Latviya əhalisinin 35.29 faizi, 8. Xorvatiya əhalisinin 37.20 faizi, 7. Livan əhalisinin 37,56 faizi, 6. İndoneziya əhalisinin 37,79 faiz, 5. Bolqarıstan əhalisinin 38,19 faizi, 4. Şərqi Timor əhalisinin 38,26 faizi, 3. Papua-Yeni Qvineya əhalisinin 38,3 faizi, 2. Serbiya əhalisinin 39,33 faizi. 1. Myanmar əhalisinin 42,49 faizi.