Dünyada koronavirusa yoluxanların sayı 111 milyonu ötdü

19:39 20.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 111 milyonu ötüb.

 

Hafta.az-a "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, dünyada koronavirusa yoluxanların sayı 111 333 461 nəfərə çatıb.

 

COVID-19-dan ölənlərin sayı 2 465 542, xəstəlikdən sağalanların sayı isə 86 214 013 nəfərdir.

 

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralardadır.