Dünyada koronavirusa yoluxma sayı 350 milyonu ötdü

09:21 26.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı 350 milyon nəfəri keçib.

 

Hafta.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 2 158 785 nəfər koronavirusa yoluxub, 6189 nəfər dünyasını dəyişib.

 

Yoluxanların ümumi sayı 352 796 704, ölənlərin isə 5 600 434 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxunma sayı 22