Dünyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 11 mindən çox olub

11:24 12.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 660 mindən çox artıb.

Hafta.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 660 min 993 nəfər yeni koronavirusa yoluxub, 11 min 61 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 milyon 48 min 345, ölənlərin isə 1 milyon 930 min 265 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.