Dünyanın ən böyük PARTİYALARI

10:50 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün qarmaqarışıq dünyamızı yönləndirən eyni siyasi idealogiyaya malik insanların qrupları – partiyaları tarixən qlobal siyasi müstəvidə öz sözlərini deyiblər. Xüsusilə də Qərbdə partiyalar həmişə hökumətləri təşkil edən kollektiv mənbələr olublar. Bəs günümüzdə ən böyük partiyalar hansılardır və hansı ölkənin vətəndaşlarını öz sıralarında birləşdirirlər?

Hafta.az-ın yazdığına görə son araşdırmalara əsasən üzvlərinin sayı ən çox olan partiyalar əhalisinin sayına görə dünyanın ən böyük dövlətləri olan Çin və Hindistana məxsusdur.

Siyahıya Hindistanın hakim siyasi partiyası olan Bharatiya Janata Partiyası (BJP) başçılıq edir. Bu partiyanın 180 milyon nəfər üzvü var. İkinci yerdə isə Çin Kommunist Partiyası qərar tutub və onun sıralarında 98 milyondan artıq tərəfdar cəmləşib. Siyahıda ilk üçlüyü başqa bir Hindistan siyasi təşkilatı – anamüxalifət partiyası olan Milli Konqresi Partiyası tamamlayır. Milli Konqres Partiyasının 50 milyon nəfər üzvü olduğu bildirilir.

Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq ABŞ-ın Demokratlar Partiyası (47,1 milyon nəfər) ilə Respublikaçılar Partiyası (36,1 milyon nəfər) tutur.

İlk onluqda üzvlərinin sayına görə partiyalar belə sıralanır: 6. AİADMK (Hindistan) - 16 milyon nəfər, 7. AKP (Türkiyə) - 11,3 milyon nəfər, 8. Rifah Partiyası (Welfare Party) (Hindistan) – 11 milyon nəfər, 9. Aam Aadmi Party (Hindistan) – 10,1 milyon nəfər və Tehreek-e-İnsaf (Pakistan) – 10 milyon nəfər.

Siyasət rubrikasından digər xəbərlər